Qusar Hava Durumu Haqqında Melumat



Qusar Hava Durumu Haqqında Melumat

Qusar Hava Durumu Haqqında Melumat




Qusar 

 Azərbaycanın şimalında 

kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km² olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 01 noyabr 2011-ci il tarixə 90438 nəfərdir. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır.
Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribən 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) vardır.

Disqus Comments