Quba Hava Durumu Haqqında Melumat



Quba Hava Durumu Haqqında Melumat

Quba Hava Durumu Haqqında Melumat







Quba 

Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi.

 Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir.

Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar.

Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.

Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar, qəsəbənin hər yerində təmtəraqlı imarətlər ucaldılmışdır.

Disqus Comments