Bursa Hava Durumu Haqqında Melumat



Bursa Hava Durumu Haqqında Melumat

Bursa Hava Durumu Haqqında Melumat

Bursa 



Osmanlı imperiyasının ilk paytaxtıdır Bursa. 

130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb. Bu üzdən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin izləri qalmaqdadır. Təbiət zənginliyi, tarixə tanışlığı və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi ilə Uludağın ətəklərində qurulmuş bir şəhərdir Bursa. Tarixi kimlik və memarlıq baxımından şəhər açıq hava altında muzeyi xatırladır.
Bursa önəmli termal şəhəridir. Roma və Osmanlı dönəmindən qalan termal qaynaqları indi daha çox üzə çıxarmaq, dünyaya tanıtmaq üçün cəhdlər göstərilir. Səfərimiz boyunca gəzdiyimiz otellərdə, xəstəxanalarda termal qaynaqların möcüzəsi ilə tanış olacaqdıq...
Türkiyə iqtisadiyyatında sənaye mərkəzi kimi tanınan Bursa eyni zamanda önəmli turizm mərkəzi sayılır. Üç milyona yaxın əhalisi ilə Türkiyənin 4-cü böyük şəhəridir. İpək yolu üzərində yerləşməsi Bursanı dünyanın başlıca ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanıdıb. Türklər bu şəhəri əzizləyərək “Yaşıl Bursa” adlandırırlar. Şəhər buna görə, yaşı qərinələrlə ölçülən nadir ağaclara və bitkilərə - bir sözlə, zəngin floraya borcludur. Məhz bu şəhərin mədəniyyətinə, tarixinə və təbii zənginliyinə görə Bursaya ziyarət edənlərin sayı ildən-ilə çoxalır.
Əzəmətli İldırım minarəsi İldırım Bəyazid tərəfindən 1390-cı illərdə tikilib və Bursanın ən görkəmli abidələrindən sayılır. Memarlıq anlamında Osmanlı dövlətinin mədəniyyətini və sənət tarixini özündə yaşadan önəmli yerdir. Cami, mədrəsə, imarət, xəstəxana, saray, məktəb, mətbəx, hamam və sonradan əlavə edilən türbədən ibarət olan İldırım qülləsi bəylikdən dövlətə keçidin ən mühüm nümunələrindən sayılır. “Ulu Cami” isə 1396-1399-cu illər arasında inşa edilib.
Erkən Osmanlı memarlığının Bursada yaşayan ən görkəmli abidələrindən biri Yaşıl Məsciddir. 1422-ci ildə Sultan II Murad zamanında tamamlanıb. Əmir Sultan minarəsi də məşhur dini ziyarət yeridir. Hazırda ən çox ziyarət edilən məsçid və türbələr arasında İstanbuldakı Eyüp Sultan türbəsindən sonra ikinci yerdədir.
Muradiyyə qülləsi Bursada Osmanlı sultanları tərəfindən tikilən son minarədir. Bursa həmçinin öz bazarları (çarşı) ilə məşhurdur. Qapalı Çarşı, Açıq Çarşı, Uzun Çarşı və Xanlar bölgəsi adları ilə tanınan çarşılar həm yerlilərin, həm də şəhərin qonaqlarının ən çox üz tutduqları yerdir. Bu bazarlarda şəhər sənayesinin rəngarəng məhsulları ilə qarşılaşmaq mümkündür. Zamanla genişlənən çarşı bölgəsi bu gün önəmli ticarət mərkəzinə çevrilib. İstanbulla müqayisədə qiymətlər də münasibdir.
Bursaya gələn ziyarətçilər muzeylərə baş çəkməsələr geri dönməzlər. Bursa Şəhər Muzeyi, Hünkar Köşkü Muzeyi, Türk İslam Əsərləri Muzeyi, Tofaş Bursa Anadolu Arabaları Muzeyi, Atatürk Evi Muzeyi, Bursa Osmançılıq Muzeyi, Arxeoloji Muzey, Basın Muzeyi, Karaköz Evi Muzeyi və s. maraqlı və nadir eksponatları ilə diqqət çəkir.
Bursa bir çox şəhərlərin yaşadığı tramvay “nostaljisi”nə də son qoyub. Şəhərin küçələrində insanları daşıyan qırmızı tramvaylar elə Bursada istehsal olunur. Küçələri bəzəyən tramvay şəkilləri ilə şəhərin bu nəqliyyat növündən qürur duyduğunu bildirir.
Bursa toxuculuq sektorunun tarixi 1500 illik bir dövrü əhatə edir. Osmanlı imperatorluğu zamanında da ipəkçilik, toxuculuq mərkəzi olmaqda davam edən şəhər ümumilikdə Türkiyənin toxuculuq paytaxtıdır. Şəhərin küçələrində, bazarlarda, mağazalarda toxuculuq fabriklərinin çeşidli məhsullarına rast gəlinir. Bursada qida sənayesi ilə bağlı fəaliyyət göstərən firmalar da çoxdur. Meyvə suyu, alkoqolsuz içkilər, konserv və s. də rəqabət qabiliyyətlidir. Dünyanın ən böyük 10 qida firmasından 3-ü Bursada istehsalla məşğuldur.
Bursada tibbi və sağlamlıq turizmi son 10 ildə sürətlə inkişaf edib. Dünyanın hər yerindən insanlar müalicə və müayinə olunmaq, həmçinin istirahət etmək üçün Bursanı seçirlər. Termal suların möcüzəsinə inanalar əliboş qayıtmırlar. Osmanlı imperatorluğunun ilk xəstəxanası və tibb fakültəsi Bursada qurulub. Mövcud sağlamlıq şərtlərini bir araya gətirməklə və xidmət genişliyi ilə Bursa Türkiyənin sağlamlıq üzrə xidmət bölgələrindən biri kimi tanınır.

Disqus Comments