Aforizmler



Aforizmler

ferqli aforizmler
aforizmler 2019
aforizmler 2018
aforizmler 2020
aforizmler 2021
aforizmler kayzen
sekilli aforizmler
cesaret haqqinda aforizmler
aforizmler ve muellifleri
nitq haqqinda aforizmler

Azerbaycan aforizmler

Azerbaycan aforizmler

  • Cəsarət, təhlükə qarşısında ağlın və zəkanın istifadə olunmasıdır.- Platon
  • Uğurun dörd şərti; bilmək, istəmək, cəsarət etmək və susmaqdır.- Axel Munthe
  • Cəsarət yaxşı şeydir, lakin ölülərin işinə yaramaz.- Aristophanes
  • Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır.- Baltasar Gracian
  • Kişi cəsarətini əmr etməklə, qadınsa itaət etməklə göstərir.- Aristotel
  • Onların arxasınca gedəcək cəsarətiniz varsa, bütün yuxular reallaşa bilər.- Walt Disney
  • Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axarsu boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heçbir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın.- Johann Wolfgang von Goethe.
  • Azadlıq, onu müdafiə etmək cəsarətini daşıyanlarındır.- Pericles
  • Taleh qadın kimidir, sərtliyə və cəsarətə boyun əyər.- Niccolo Machiavelli
  • Taleh, cəsarətli və təşəbbüskar olanlara gülərüz göstərər.- Desiderus Eramus
  • Dua iki şəkildə həyata keçər: ya bizi qorxudan şeyi ortadan qaldırar, yaxud da onu məğlub etməyimiz üçün bizə güc və cəsarət verər.- H.E.Posdick
  • Axmaq görünməyə cəsarət etmək böyük bir ağıllılıqdır.- Andre Gide
  • Cəsarətin varsa, arxasından söylədiyini üzünə söylə!- Henry Coldervood
  • Acı çəkmək, ölməkdən daha çox cəsarət istəyir.- Napaleon Bonopart
  • Doğru olan şeyi görmək, lakin bunu etməmək cəsarətsizlikdir.- Konfutsi
  • Heç bir şeyə cəsarət edə bilməyən, heç bir şeyə ümüd bəsləməsin.- Schiller
  • Ey Tanrım, “Mənə dəyişdirəbiləcək şeyləri, dəyişdirəcək cəsarəti, dəyişdirilməyəcək və ya dəyişdirilməsinə ehtiyac olmayan şeyləri qəbul edəcək qüvvəti və bu iki ünsürü bir-birindən ayıra biləcək ağılı ver”.- Reader Giges
  • Ümidsizlik, qorxudan pişiyin itə hücüm etməsi kimi insanı cəsarətləndirir.- Solomon
  • Keçmişi xatırlayınca bəzən çox cəsarət göstərməyimə deyil, təhlükəni gözə almamış olduğuma təəssüflənirəm.- E.Boven
  • Sabahlar üçün insanların biraz qorxuları, biraz ümüdləri və biraz da cəsarətləri olmalıdır.- Johann Friedrich Von Schiller
  • Uşağa pis söz söyləməyin onu qardaşına və sənə eyni şəkildə danışmağa cəsarətləndirir.- İmam Şəfi
  • Dünyada təqlid edilməyən tək şey cəsarətdir.- Napaleon Bonopart
  • Real cəsarət şahid istəməz.- Boraccio
  • Cəsarəti olmayan insan, kəskin (iti) kənarı olmayan bıçağa bənzəyir.- Benjamin Franklin
  • Cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır.- Vittoiro Alfieri
  • Cəsarət cənnətə, qorxu ölümə aparar.- Seneka
  • Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır.- Hz.Əli
  • Cəsarət bütün çətinliklərlə hər vəziyyətdə savaşmaqdır, hətta olmayanı belə oldurmağa çalışmaqdır.- Georges Clemmenceau
  • Cəsarət qüvvətlə birləşdiyi zaman büsbütün artar.- Arestotel
  • Cəsarət həyatı heçə sayar, vicdanı deyil.- Schiller
  • Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq da ölümə aparır.- Sultan Səlim
  • Malını itirən heç bir şey itirməmişdir. Qürurunu itirən bir çox şey itirmişdir. Cəsarətini itirənsə hər şeyini itirmişdir.- Johann Wolfgang von Goethe
  • Cəsarət bütün silahları məğlub edər.- Ovidius

Disqus Comments